Bugün 0 vakansiya və 3 CV əlavə edilmişdir

Müştəri Xidmətləri Departamentinin müdiri
Mover MMC Müddət: 2020-11-11 - 2020-12-11
Baxış sayı: 349 Vakansiya № 1004190
Şəhər: Bakı

Tələblər:

- Ali təhsil
- Yaş həddi: 23 - 35
- Müvafiq sahə üzrə 3 illik iş təcrübəsi;
- Ünsiyyət bacarığı
- Məsuliyyətlilik

Vəzifələr:

• Müştəri xidmətləri proseslərinin perfomans/səmərəlilik göstəricilərinə əsasən (yenidən) müəyyən və idarə olunması
• Müştəri xidmətlərinin səmərəliliyinin, keyfiyyətinin mütəmadi (gündəlik, həftəlik və s.) ölçülməsi və artırılması
• Bölmənin təşkilatı strukturunun və heyətinin formalaşdırılması, iş qrafiklərinin hazırlanmasının təmin edilməsi
• Digər bölmələrlə məlumat mübadiləsinin təmin edilməsi, daxili və xarici məlumat sistemlərinin tətbiq edilməsi
• Bölmənin siyasət və prosedurlarının, standart cavablarının (FAQ) hazırlanmasının təmin edilməsi
• Müştərilərin istək və şikayətlərinin 24 saat ərzində qeydə alınmasının, operativ şəkildə həll olunmasının və cavablandırılmasının təmin edilməsi
• Müştəri istək və şikayətlərinin təhlili, hesabatlar nəticəsində tədbirlərin görülməsinn təmin edilməsi
• Ən yaxşı təcrübələrin araşdırılıb öyrənilməsi və tətbiqi, müştəri xidmətlərinin səmərəliliyinin artırılması, bölmənin işinin təkmilləşdirilməsi, bölgə ofislərin açılması və s. əlaqədar layihələrin həyata keçirilməsi
• AR əmək məcəlləsinə əsasən sənədləşmə
• İş qrafiki: həftədə 6 gün
• Karyerada inkişaf imkanları

Qeyd olunmuş tələblərə cavab verən namizədlərdən CV- lərini mövzu yerində “Müştəri xidmətləri Departamentinin müdiri” qeyd edərək cv@mover.az elektron ünvanına göndərməkləri xahiş olunur.