Bugün 0 vakansiya və 3 CV əlavə edilmişdir

Maliyyə monitorinqi və komplayns departamentininin mütəxəssisi
Azərbaycan Beynəlxalq Bankı Müddət: 2020-11-11 - 2020-12-11
Baxış sayı: 261 Vakansiya № 1004192
Şəhər: Bakı

Azərbaycan Beynəlxalq Bankı Maliyyə monitorinqi və komplayns departamentinin tərəfdaşlarla məlumat mübadilə şöbəsinə aparıcı mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, idarəetmə və satışların təşkili sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən komandamıza qoşulmağa dəvət edirik!

Görəcəyiniz işlər:

  • Nostro” və “Loro” hesabların açılmasına dair müvafiq rəylərin hazırlanması;
  • PL/TMM sahəsi üzrə müxbir banklar konfranslar, telefon zəngləri və işçi görüşlər vasitəsi ilə müzakirələrin aparılması;
  • İcra olunmuş köçürmələrlə bağlı müxbir banklardan daxil olmuş sorğuların cavablandırılması və müxbir banklara göndərilməsi nəzərdə tutulan sorğuların hazırlanması;
  • Bankda mövcud hesabların (o cümlədən hüquqi və qeyri-rezident fiziki şəxslərə açılan hesabların) “FATCA” və “CRS” tələblərinə uyğun monitorinqin həyata keçirilməsi;
  • Maliyyə institutlarına aid mərkəzləşdirilmiş məlumat portallarında PL/TMM sahəsi üzrə Bank haqqında tələb olunan məlumatların (sənədlərin) yerləşdirilməsi və yenilənməsi;
  • “FATCA” və “CRS” tələbləri üzrə zəruri işlərin həyata keçirməsi və hesabatların hazırlanması.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
  • Davamlı karyera inkişafı

Bizim üçün ideal namizəd:

  • İqtisadiyyat və ya hüquq üzrə ali təhsili olan;
  • Banklarda müştərilərə xidmət sahəsində minimum 1 - 3 il iş təcrübəsi olan;
  • Ofis proqramlarında sərbəst iş bacarığı olan;
  • Azərbaycan və inqilis dillərini yüksək, rus dilini orta səviyyədə bilən;
  • Problemləri həlletmə bacarığı olan;
  • Analitik təhlil bacarığı olan;
  • Komandada iş bacarıqlarına sahib olan;

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: Tərəfdaşlarla məlumat mübadilə şöbəsinə aparıcı mütəxəssis ")

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az