Bugün 3 vakansiya və 3 CV əlavə edilmişdir

HR Manager
Grand Motors MMC Müddət: 2020-11-12 - 2020-12-12
Baxış sayı: 518 Vakansiya № 1004196
Şəhər: Bakı

Namizədə dair tələblər:

- Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;
- İnsan Resursları sahəsində 5+ il təcrübəsi;
- İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
- AR Əmək qanunvericiliyi bilikləri;
- Azərbaycan, Rus və İngilis dillərində əla səviyyədə danışma, oxuma və yazma bacarığı;
- Elektron Hökumət Portalı, 1 C proqramı ilə işləmə bacarığı;
- MS Office 365 proqramlarından istifadə bacarığı;
- Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı;
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Komandada işləmək bacarığı.

Əsas vəzifə öhdəlikləri:

- İR strategiyasının və planı hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
- İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
- Oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
- Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
- Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
- Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
- İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi.

İş şərtləri:

- Bazar ertəsi – Cümə: 8:30 - 17:30, Şənbə : 10.00 – 16.00
- Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir
- Avto-servis xidməti
- Korporativ nömrə

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “HR Manager” qeydi edərək hr-cv@grandmotors.az elektron ünvanına göndərməyinizi xahiş edirik.


Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları