Bugün 7 vakansiya və 3 CV əlavə edilmişdir

Satış meneceri
AID Language Center Müddət: 2020-11-13 - 2020-12-13
Baxış sayı: 497 Vakansiya № 1004205
Şəhər: Bakı

Vəzifə: 

Satış Meneceri (Rus dilli ölkələr üzrə) vəzifəsinə xanım namizəd tələb olunur.

İş barədə məlumat:

Bu vakansiya üzrə namizəd rus dilində səlist danışıq bacarıqlı olmalıdır.Xaricdə təhsil proqramları haqqında geniş məlumatı tələbələrə çatdırmalı və suallarını cavablamalıdır .İş mənbəyi olaraq Facebook və İnstagram üzərindən vətəndaşlarla aktiv şəkildə yazışmalar və zənglərə qoşulmalıdır.Sosyal medyadan istifadə etmək bacarığı olmalı və hər gün post və hekayə paylaşımlarına nəzarət etməlidir. Əlaqə saxladığı vətəndaşlara şirkətimizin xidmətlərini bildirməli və müştərimiz etməlidir.

2018-ci ildən yaradılan şirkət Azərbaycanın ən məşhur Xaricdə təhsil və İngilis dil kurslarının keçirildiyi şirkətdir.

- İş saatları həftə içi 5 gün 10:00-dan 19:00-dək ofisdə , 6-cı gün 10:00-dan 15:00-dək. (online evdən) Bazar günü istirahət günüdür.

- Şirkət tərəfindən təqdim olunan korporativ nömrə

- Şəhərin mərkəzində yerləşən ofis

- AR Qanunvericiliyə uyğun sənədləşmə ( praktika müddəti olacaqdır )

- Stabil əmək haqqı + bonus %

Namizədə tələblər:

- Rəhbərliyə günlük, həftəlik və aylıq fəaliyyət hesabatının məruzəsi

- Hədəfyönlü olmalı və rüblük hədəfə uyğun nəticəyönümlü olmalıdır

- Dizayn anlayışlı, zövqlü və təşəbbüskar olmalıdır

- Vətəndaşlarla səmimi və gülərüz rəftar etməli və cavablandırmalı.

- Detallara diqqətli, inandırma qabiliyyətli, kritik düşünə bilməli

- Rəqabət mühitini anlamalı və uyğun tələbatı müəyyənləşdirilməli

- MC Office əsasən də Excell və PowerPointdə faydalı işləmə təcrübəsi

- Yeni müştərilərin qazanılması üçün mütəmadi görüşlərin aparılması və icrası

- Azərbaycan və Rus dilində səlis danışıq və yazı qabiliyyəti vacib

- Satış sektorunda təcrübə

- Yaşı 22 – dən yuxarı, səliqəli, səmimi, aktiv, və ən əsası əla dinləmə bacarığı

- Satış və istifadəçi yönülmü düşüncə tərzi

- Aktiv satış, yüksək ünsiyyət və prezentasiya bacarıqları

- Məsuliyyətli, inkişafa meylli, yeniliyi tətbiq etməyi sevən və komanda ilə işləmək bacarıqlı

QEYD: Rezumenizi director@americaidream.com elektron ünvanına “Satış meneceri” başlığı altında göndərə bilərsiniz.

Əlaqə tel : 070 830 01 61 Emil Nadirli.