Bugün 5 vakansiya və 2 CV əlavə edilmişdir

Məlumat mərkəzinin kiçik mütəxəssisi
Yelo Bank Müddət: 2020-11-14 - 2020-12-14
Baxış sayı: 1432 Vakansiya № 1004211
Şəhər: Bakı

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” (Nikoil Bank) hal-hazırda da gənc və ya təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir. Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, belecə müştərilərimizin (həmçinin əməkdaşlarımızın) istəklərini daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da qurmaq istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə “Məlumat mərkəzi” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) cv@yelo.az ünvanına göndərə bilərlər.

Vəzifə: Məlumat mərkəzi - kiçik mütəxəssis / mütəxəssis
Region: Bakı

Öhdəliklər:

- Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılması
- Müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi
- Müraciətlərin qeydə alınması və müvafiq şöbələrə yönləndirilməsi
- Daxil olan zəng zamanı satışın edilməsi
- Təyin olunmuş hədəflərə çatması
- Aylıq müvafiq hesabatların hazırlanması

Tələblər:

- Ali təhsil
- Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili arzuolunandır
- Word və Excel proqramlarından istifadə bacarığı
- Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
- Komanda ilə işləmək bacarığı
- Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı
- İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı