Bugün 3 vakansiya və 2 CV əlavə edilmişdir

Hesabatlıq üzrə mühəndis
Yelo Bank Müddət: 2020-11-15 - 2020-12-15
Baxış sayı: 248 Vakansiya № 1004215
Şəhər: Bakı

Struktur: Biznes tələblərinin idarəedilməsi departamenti / İT hesabatlılıq və məlumat anbarının idarəedilməsi

Vəzifə: Hesabatlıq üzrə mühəndis
Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:

- SQL tərtibatı;
- Verilənlər bazasının normallaşdırılması;
- SQL üzrə optimallaşdırma işləri;
- Məlumatları test mühitində yoxlanılması və yenilənməsi;
- Verilənlər bazası kodlaşdırılması üçün standartların yaradılması;
- Resurs sıxlığı olan sorğular barədə tərtibatçılara məlumatın ötürülməsi və onların həll yollarının təklifi;
- Tətbiqlərlə əlaqəli funksiya və məlumatların təkrarlanması fəaliyyətlərinə nəzarət.

Vəzifəyə tələblər:

- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Kompüter elmləri, informasiya sistemləri və ya əlaqəli bir sahədə ali təhsil;
- 1 ildən çox bank sahəsində Microsoft SQL ilə işləmə təcrübəsi;
- SQL tərtibatı ilə iş;
- SQL Server ilə rahat işləmə bacarığı.

Siz elektron poçtun “mövzu” yerinə “Hesabatlıq üzrə mühəndis” qeyd etməklə öz CV-lərinizi cv@yelo.az ünvanına göndərə bilərlər.