Bugün 0 vakansiya və 0 CV əlavə edilmişdir

Telemarketinq bölməsinin kiçik mütəxəssisi
Kapital Bank Müddət: 2020-11-17 - 2020-12-17
Baxış sayı: 820 Vakansiya № 1004229
Şəhər: Bakı

Kapital Bank namizədləri Pərakəndə satış departamentinin Satış kanalları şöbəsinin Telemarketinq bölməsində Kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Müştərilərə kredit, taksit, birbank və s. məhsulların satışı və məlumat verilməsi ilə bağlı zənglər edir;
• Müştərilərə müxtəlif sorğuların keçirilməsi ilə bağlı zənglər edir;
• Müştərilər tərəfindən kredit məhsulları ilə bağlı daxil olan müraciətləri cavablandırmaq;
• Potensial müştəriləri təhlil etmək və rəsmiləşdirilə biləcək kredit məhsulu və kredit məbləğini müəyyən etmək;
• Potensial müştəriləri Bankın filiallarına yönləndirmək və kredit verilməsi prosesini sona qədər təqib etmək və s.

Tələblər

• Ali təhsil
• Məsuliyyətlilik;
• Dəqiqlik və operativlik;
• Təzyiq altında işləmə qabiliyyəti;
• Qərar qəbuletmə bacarığı;
• Kollektivdə işləmə bacarığı;
• Müştərilərlə danışma qabiliyyəti;
• Əla səviyyədə Azərbaycan və Rus dili biliyi;
• Microsoft Office proqramları üzrə biliklər.

Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.