Bugün 0 vakansiya və 0 CV əlavə edilmişdir

Satış müdiri
İceland - Camal LTD Müddət: 2020-11-19 - 2020-12-19
Baxış sayı: 393 Vakansiya № 1004243
Şəhər: Bakı

İş barədə məlumat

“İceland” ticarət nişanı ilə tanınan, 20 ildən artiq dondurma istehsalı üzrə lider olan “Camal” LTD şirkətinə satış şöbəsinə Satış müdiri (Supervayzer) vəzifəsinə namizədlər tələb olunur.

- Satış planları və hədəflərinə nail olmaq üçün satış təmsilçilərinin (ekpeditorlar) idarə edilməsi
- Müştəriləri cəlb etmək üçün kommersiya təkliflərinin hazırlanması. Müştəri bazasının inkişafı və yeni məhsulların təbliği. Müştəri debitor borclarının idarə edilməsi
- Bölmə və əsas müştərilər tərəfindən satış planlaşdırılması, əsas müştərilərlə ticarət danışıqlarının aparılması
- Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsi. Günlük və aylıq satış hesabatlarının hazırlanması
- Satış işçilərinin seçilməsi və uyğunlaşdırılması
- 6 günlük iş həftəsi, tam iş günü
- 2 aylıq sınaq müddəti
- Əmək haqqı müsabiqə zamanı müzakirə olunacaq

Namizədə tələblər

- Yaş həddi 30-45 yaş arası
- İş təcrübəsi müvafiq sahədə 3 ildən 6 ilə qədər
- Satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olması
- Yüksək liderlik və danışıq qabiliyyətinin olması
- İdarəetmə bacarığı və uğurlu şəxsi satış təcrübəsi
- Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq
- Şəxsi avtomobili olanlara üstünlük verilir

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satış müdiri” qeyd edərək hr@iceland.az elektron ünvanına CV göndərmələri xahiş olunur.