Bugün 3 vakansiya və 3 CV əlavə edilmişdir

Anbardar
Azərbaycan Dəmir Yolları QSC Müddət: 2020-11-19 - 2020-12-01
Baxış sayı: 939 Vakansiya № 1004248
Şəhər: Bakı

Vəzifə: Anbardar

İnfrastruktur departamenti

4 №-li Hacıqabul işarəvermə və rabitə sahəsi

Emalatxana

Hacıqabul şəhəri

Vakansiya kodu - V201028-3

Kateqoriya - Fəhlə

Elan tarixi - 16/11/2020

Son müraciət tarixi - 30/11/2020

Əmək şəraiti - Ofisdaxili

İş vaxtının norması - 08:00-17:00 / 5 günlük iş həftəsi

Vəzifə (peşə) üzrə əmək haqqı - Ştat cədvəlinə uyğun olaraq

Ödəniş növü - Vaxtamuzd

Minimum təhsil dərəcəsi - Orta təhsil

Sahə üzrə iş təcrübəsi - 2 il

Tələb olunan biliklər:

Anbar təsərrüfatının təşkilinə aid olan əsasnamə, təlimat və digər normativ sənədlərə dair biliklər;

Mal-material qiymətlilərinin yerləşdirilməsi qaydalarına dair biliklər.

Fərdi keyfiyyət göstəriciləri:

Keyfiyyət yönümlülük

Diqqətlilik

İntizamlılıq

Komputer bilikləri:

MS Word-yaxşı

Vəzifə öhdəlikləri:

Mal-material qiymətlilərinin anbara qəbulu, onların mühafizəsi və buraxılması, yenidən geri alınması;

Anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi;

Lazım olan material və inventarın təcili tapılmasının təşkili;

Anbarda, məntəqədə yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi;

Anbarda, məntəqədə əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılması.

Ünvan - Hacıqabul şəhəri, H.Həmidov küçəsi 196

Vakansiyaya müraciət etmək üçün link:  https://career.ady.az/Vacation/Get/1021#vp


Bu şirkətin digər vakansiyaları