Bugün 2 vakansiya və 0 CV əlavə edilmişdir

İnsan Resursları üzrə mütəxəssis (Gəncə)
Göygöl Təhsil Mərkəzi Müddət: 2020-11-20 - 2020-12-20
Baxış sayı: 693 Vakansiya № 1004256
Şəhər: Gəncə

İş barədə məlumat:

- Vakansiyalar ilə bağlı iş elanlarını hazırlayıb yerləşdirmək, CV-ləri təhlil etmək, məlumat bazasında qeydləri aparmaq;
- Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibəni təşkil etmək;
- İşçilər arasında məmnuniyyət sorğusunun keçirilməsi və nəticələrinin analizini həyata keçirmək;
- İşçilərin təlim ehtiyaclarının öyrənilib onlar üçün təlim proqramının hazırlanması və keçirilməsinə dəstək olmaq;
- İnsan resurslarının idarə edilməsi ilə bağlı hazırlanan prosedurların şirkətdə tətbiqini və işçilərə kommunikasiya olunmasını həyata keçirmək və s.

Tələblər:

- Ali təhsil (İqtisadiyyat, Menecment, Hüquqşünaslıq, Psixologiya sahəsində təhsil alan namizədlərə üstünlük verilir)
- İnsan Resursları sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
- Məsuliyyətlilik, təşəbbüskarlıq, punktuallıq, təşkilatçılıq, problem həlletmə, empatiya, yenilikçilik,
- Microsoft Office proqramları (Word, Excel, PowerPoint) ilə işləmək bacarığı.

Vakansiyaya müraciət üçün CV-ləri  “İR mütəxəssis (Gəncə)” başlığı ilə hr.goygoltm@gmail.com mail ünvanına göndərilməsi xahiş olunur.