Bugün 0 vakansiya və 0 CV əlavə edilmişdir

Satış təmsilçisi
RICH Interior Müddət: 2020-11-22 - 2020-12-22
Baxış sayı: 692 Vakansiya № 1004265
Şəhər: Bakı

RICH Interior” Avropanın premium mebel, mətbəx mebeli, santexnika, çilçıraq, qapı-parket, divar kağızları, pərdə, tekstil və hədiyyə aksessuarları brendlərinin təmsilçisidir.

Təcrübəli və peşakar işçi qrupuna malik olan şirkət hər zaman bizimlə işləyib inkişaf etmək istəyən satış təmsilçilərini öz ailəsinə qatmağa hazırdır.

Şirkət “Mebel - Satış təmsilçisi” vəzifəsinə vakansiya elan edir.

Tələblər:

1. Premium seqmentdə ən az 3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
2. Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti;
3. MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
4. Komandada işləmə bacarığı;
5. İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
6. Satış texnikası haqqında biliyin olması;
7. Səliqəli, gülərüz və müştərini heyran qoya biləcək biliklərin və auranın olması ;
8. Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.

Vəzifə öhdəlikləri:

1. Şourumda təmsil olunan brendlər və kolleksiyaların müştəriyə təqdimatı və satışı;
2. Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
3. Müştəri bazasının yaradılmasında bilavasitə iştirak;
4. Qarşıya qoyulacaq satış hədəflərinin yerinə yetirilməsi;
5. Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
6. Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması;
7. Gündəlik soyuq və isti zənglərin olunması, müştərilərin əlamətdar günlərində zənglərin olunması;
8. Şourumun, VM-in hər zaman hazır və səliqəli vəziyyətdə olmasına nəzarət;
9. Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq;
10. Sərgilərdə və iş görüşlərində iştirak;

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 6 iş günü, istirahət- həftədə 1 gün
- İş saatı: 10:00-19:00

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi – Mebel ”sözlərini qeyd edərək s.yusipova@rich.az e-ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.