Şəhər: Bakı
Vəzifə öhdəlikləri:
• Azərbaycan və Rus dillərində şirkət daxili və xarici işgüzar yazışmaların və danışıqların aparılması;
• Direktorun bütün tapşırıqlarını vaxtında və məsuliyyətli şəkildə icra etmək;
• Yük daşınması və nəqliyyat sahəsi ilə əlaqədar olaraq müştərilərlə həm Azərbaycan, həm də Rus dilində danışıqlar aparmaq;
• Ofisdə ay ərzində istifadə olunan əşyaların siyahısını tutmaq, nəzarət edərək lazım olan mallar haqqında Direktora məlumat vermək, həmçinin qeydiyyatını aparmaq;
• Şirkətdaxili sənədləri hazırlamaq və müdriyyətin göstərişi əsasında aidiyyatı yerlərə göndərmək;
• Sənədlərin keyfiyyət tələblərinə uyğun olaraq hazırlanmasını təmin etmək;
• Sənədlərin düzgün idarə edilməsini təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə bölüşdürmək;
• Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.
Tələblər:
• Orta ixtisas və ya ali təhsil;
• Təcrübə 1 ilə qədər, iş öyrədiləcəkdir;
• Xanım namizədlərə üstünlük veriləcək;
• Yazılı və şifahi ünsiyyət bacarığı;
• Yüksək etik davranış qabiliyyəti;
• Azərbaycan və Rus dillərində fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyəti, bu dillərdə sənədləri tərtib etmək bacarığı. Rus dili bilgisi olmayan namizədlərə baxılmayacaq.
• Microsoft Office proqramından orta səviyyədə istifadə etmək bacarığı (MS Word, MS Excel);
• Məsuliyyətlilik, ciddiyyət və detallara qarşı diqqətlilik;
• Komandada işləmək bacarığı və istəyi.
Əmək haqqı ilk 3 ay ərzində 250 AZN təşkil edəcək, sonradan artırılacaqdır.
İş yeri Xırdalan şəh., Bakı Mühəndislik Universitetinin yaxınlığında yerləşir, yaxın ərazilərdə yaşayanlara üstünlük veriləcəkdir.
Tələblərə uyğun olan şəxslər öz CV formalarını karabakh.trans@gmail.com elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur, CV-lərinizi mövzu hissəsində "Direktor köməkçisi" başlığı ilə göndərəsiniz.