HR Analitika üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssis
Kapital Bank Müddət: 2020-11-27 - 2020-12-27
Baxış sayı: 784 Vakansiya № 1004300
Şəhər: Bakı

Ümumi məlumat

Kapital Bank namizədləri İnsan resurslarının idarə edilməsi departamentinin Qiymətləndirmə və motivasiya şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Əməkdaşların aylıq və illik fəaliyyət göstəricilərinin təhlili;
• Əməkdaşların fəaliyyət göstəricilərinə uyğun olaraq bonus hesablanmalarının aparılması;
• Maddi motivasiya sisteminin hazırlanması və təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Fəaliyyət göstəricilərinin təhlili və bonus hesablanması zamanı istifadə olunan hesabatların optimallaşdırılması;
• HR proseslər üzrə təhlillərin aparılması.

Tələblər:

• Ali təhsilin olması;
• Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi;
• Əla səviyyədə Excel biliyinin olması;
• Analitik düşünmə qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.


Bu kateqoriyada digər vakansiyalar