Satış Meneceri
MSDIS Holding Müddət: 2020-12-14 - 2021-01-14
Baxış sayı: 905 Vakansiya № 1004402
Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

• Şirkətin istehsal etdiyi tikinti məhsullarının satışının təşkili
• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması
• Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması
• Müştərilər və məhsulların çeşidləri üzrə satış hədəflərini maksimum həyata keçirmək
• Yeni müştərilərlə müqavilələrin bağlanılması
• Digər şöbələrlə sıx əlaqə saxlayaraq (Marketinq şöbəsi) satışın artırılması və satış prosesin effektivləşdirilməsi ilə bağlı məsələlərdə təkliflərin hazırlanması
• Rəqiblərin satış strategiyası və bazar analizi, satış prosesinin təşkili, optimalaşdırılması və inkişaf etdirilməsi
• Satış komandasının təlim və inkişaf stategiyasının müəyyənləşdirilməsi və satış hədəflərinin təyin olunması və idarə edilməsi
• Satış sonrası müştəri xidmətlərinin yüksək səviyyədə təmin olunması strategiyasını yaratmalı və nəzarət mexanizmini tətbiq etməli.

Tələblər:

• İnşaat və tikinti materialları satışı sahəsində minimum 3 illik iş təcrübəsi
• B2C və B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklər
• Rus və ya İngilis dili üstünlük kimi qiymətləndirilir
• Analitik düşünməvə problem həll etmə qabiliyyəti
• Ünsiyyət və inandırma bacarığı
• Məhsulu yüksək səviyyədə təqdim etmə qabiliyyəti
• Mükəmməl planlaşdırma bacarıqları, informasiya sistemləri ilə işləmə, yaxşı təhlil bacarıqları
• Yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı az/ru,/eng.

Bu vəzifəyə müraciət etmək üçün emailin başlıq hissəsində “Satış Meneceri” qeyd edəcək CV-ni cv@msdisholding.az ünvanına göndərə bilərsiniz. Yalnız uyğun təcrübəsi olan və ilkin seçim meyarlarına uyğun olan şəxslərlə əlaqə saxlanılacaq.