Korporativ Satınalma meneceri
Ricon MMC Müddət: 2020-12-14 - 2021-01-14
Baxış sayı: 469 Vakansiya № 1004403
Şəhər: Bakı

Vəzifə təlimatı:

• Daxili və xarici bazarları araşdırmaq.
• Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərin alqı-satqısı ilə məşğul olan firmaları aşkarlamaq və firmalar haqqında lazım olan ətraflı məlumat əldə etmək.
• Tikinti fəaliyyətlərinin idarə olunması üçün lazım olan mal və xidmətləri, prosedurlar daxilində alqı-satqı qaydalarına uyğun olaraq bazar fəaliyyətlərini izləyərək ən qısa müddətdə və lazımi keyfiyyətdə bazardan təmin etmək.
• Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərlə əlaqədar müqavilələrin hazırlanmasını
• Satınalma işlərini prosedura uyğun olaraq həyata keçirmək.
• Etibarlı təchizatçıların siyahısını hazırlayır və daimi olaraq həmin siyahıya əlavə və dəşikliklərin edilməsini nəzarət altında saxlayır.
• Yerinə yetirilmiş bütün sifarişlərin “Excel” proqramında uçotunun aparılmasını və müvafiq tikinti sahələri üzrə qovluqlara yerləşdirilməsini həyata keçirir,
• Müəssisəyə mədaxil və məxaric edilən hər növ vəsaitin anbar girişləri və çıxışlarını sistemli şəkildə hıyata keçirilməsini təmin etmək, sənədləşməsini aparmaq və mühasibatlıqa təqdim etmək.
• Gəlir-xərc məlumatlarını müvafiq qaydada yeniləmək, təhvil-təslim aktları hazırlamaq və vaxtı vaxtında mühasibatlıqa hesabat vermək , sifariş və xərclərini əsaslandırmaq, təşkilatın fəaliyyət məqsədlərinə uyğunluğunu təmin etmək;
• Satınalmaların qeydiyyatını aparmaq İSO keyfiyyət sisteminin tələblərinə uyğun işləmək;
• Tender təkliflərini analiz etmək; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
• Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
• Xarici və yerli şirkətlər və müştərilər ilə yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
• Şirkətin platformasına müvafiq sahələrdə layihələrin araşdırması, tenderlərdə iştirak, iri proyektlərin cəlb edilməsi;
• Daimi yeni tenderların web saytlarda yerləşdirilməsinin izlənilməsi
• Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
• Bazarda tələb-təklifin araşdırılması və tələbin analizi;
• Yerli və xarici satış kanallarının müəyyən edilməsi, habelə müvafiq istiqamətdə strategiya və inkişaf layihələrinin hazırlanaraq icra edilməsi;
• Rəqiblərin aktivliyinin izlənilməsi
• Şirkətin internet səhifəsinin izlənilməsi və sirkət haqqında yeniliklərin internet veb səhifəsində daima qeyd edilməsi; o cümlədən ( Facebook, instagram).
• Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyatı üzrə saxlanılmasını təşkil etmək;
• Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət sahəsi ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
• Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə hesabatın hazırlanması;
• Tələb olunan sənədlərin toplanması və icra üçün təqdim edilməsi;
• Tender zamanı şirkəti təmsil etmək;
• Tender təkliflərinin toplanması prosesinin idarə olunmasını təmin etmək və nəzarətdə saxlamaq;
• Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;

Namizədə dair tələblər:

• Ali təhsilli
• Aidiyyatı sahə üzrə minimum 3 il iş təcrübəsi olmalıdır,
• Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır,
• Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır,
• Rus və ya ingilis dilini bilənlərə üstünlük veriləcək
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.

İş haqqında məlumat:

- Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə :
- İş yeri Bakı şəhəri
- 6 günlük iş həftəsi : 09:00-18:00-dək , 6-ci gün 10:00-15:00dək

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini hr@ricon.az elektron ünvanına mövzu hissəsinə vəzifənin adını qeyd etməklə göndərmələri xahiş olunu, əks halda cv lərə baxılmayacaq.