Direktor köməkçisi
North Group MMC Müddət: 2020-12-17 - 2021-01-17
Baxış sayı: 1388 Vakansiya № 1004427
Şəhər: Bakı

İş barədə məlumat

- E-mail və yazışmaların həyata keçirilməsi
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqları yerinə yetirilməsi
- Gələn məktubların qəbul edilməsi və yönləndirilməsi
- Sənədləşmə işləri ilə əlaqədar ezamiyyəyə gedilməsi
- Şirkətin Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək
- Şirkətin Direktorunun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məılumatlandırılması və s.) görmək
- Rəhbərin texniki fəaliyyətini təchiz etmək (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.)

Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.
- İş qrafiki: Həftə içi 5 gün
- İş saatı: 10:00-dan 19:00-dək
- Korporativ nömrə şirkət tərəfindən təmin olunur.
- Əhməd Rəcəbli 25b, AY Plaza

Namizədə tələblər

- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
- Qadın namizəd
- Azərbaycan və rus yüksək yazılı və şifahi ünsiyyət bacarığı vacibdir. İngilis dili arzuolunandır.
- Sürücülük vəsiqəsi
- Xarici pasport
- Planlama qabiliyyəti
- Yüksək təşkilatçılıq bacarığı
- Vəzifə öhdəliklərini vaxtında yerinə yetirmək
- Kargüzarlıq
- Komandada işləmək bacarığı
- Punktuallıq
- Səliqəli və işində dəqiq
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı

Maraqlanan namizədlər “subject” (mövzu) hissəsində “Direktor köməkçisi” qeyd etməklə öz CV-lərini gunay.muradova@northgroup.az ünvanına göndərə bilərlər.