1C Operator
Aqrar İnnovasiya və Təchizat Şirkəti Müddət: 2020-12-18 - 2021-01-18
Baxış sayı: 482 Vakansiya № 1004430
Şəhər: Bakı

Əsas fəaliyyət istiqamətini Azərbaycan Gübrə və Kənd Təsərrüfatı məhsulları bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti 2019-cu ildən fəaliyyətə başlamışdır. Şirkət qısa zaman içində gənc potensial kadrları öz ətrafında toplamaqla və müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini təşkil etmişdir. Şirkət Azərbaycan fermerlərinə daha rahat əlçatan məhsul və xidmətlərini təklif etmək üçün geniş xidmət şəbəkəsini qurmuşdur.

Vəzifə: 1C Operator

İşin təsviri:

- Bütün əməliyyatların1C sisteminə daxil edilməsi --Şirkətin anbarları arasında mal hərəkətinin 1C-proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət.
- Müraciət etmiş müştərilərin suallarını cavablandırmaq
- Anbarda olan malların seriya, adları üzrə uyğunsuzluqlarının 1C proqramında düzəliş edilməsi. -Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirilməsi

Namizədə dair tələblər:

- Ali təhsil
- Yaş: 18-28
- Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq
- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel)
- Yüksək analitika qabiliyyəti
- Bu sahədə ən az 1 il iş təcrübəsi

İş şərtləri: 

- İş yeri: Çinar Park, Əhməd Rəcəbli küç. (m. N. Nərimanov)
- Bazar ertəsi – Cümə: 8:30 - 17:30, Şənbə : 10.00 – 16.00
- Əmək haqqı: 400 AZN

Maraqlanan namizədlər mövzu yerində “1C Operator” yazmaqla öz CV-lərini hr@aisco.az ünvanına göndərə bilərlər.