Korporativ satış üzrə menecer
iTech Group MMC Müddət: 2020-12-18 - 2021-01-18
Baxış sayı: 447 Vakansiya № 1004433
Şəhər: Bakı

İş barədə məlumat:

• Yeni müştərilərin cəlb olunması, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması
• Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması
• Müştəri barədə məlumatları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayıb və müştəri bazasına qeyd edilməsi;
• Müştərilərin şirkətimiz və tərəfdaş şirkətlərin məhsulları və həlləri ilə tanış etdirilməsi
• Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması
• Müştərilərin ehtiyaclarını müəyyənləşdirilməsi və həllərin təqdim olunması
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;Müştərilər ilə və tərəfdaş şirkətlərin işçiləri ilə müntəzəm görüşlər aparmaq, təqdimatlar keçirmək, etirazlarla işləmək.
• Kommersiya təkliflərinin hazırlanması
• Korporativ sənəd dövriyyəsi və CRM sistemlərindən istifadəsi
• Fərdi və kollektiv satış planının yerinə yetirilməsi
• Satış səmərəliliyinin qiymətləndirilməsi, təhlili, artırılması üçün tədbirlərin formalaşdırılması
• Maliyyə hesabatları, xidmətlər üçün ödənişlərə nəzarət, layihələr üçün sənəd dövriyyəsi
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
• Tərəfdaşlarımızın məhsulları və həlləri üzrə təlim və sertifikatlaşdırma
• Satış və xidmətin yüksək səviyyədə təmin edilməsi

Tələblər:

• Ali təhsil
• Dil bilikləri: Azərbaycan (yüksək), İngilis (orta), Rus (orta)
• Ofis proqramlarını bilmək
• Korporativ, xidmət və iş standartlarına uyğun olma bacarığı
• B2B və B2C və ya Korporativ satış sahəsində təcrübəsi olanlara üstünlük verilə bilər
• Komandada işləmək, tapşırıqları vermək, məsuliyyət sahələrini idarə etmək bacarığı
• Müştəriyönümlü Satış və Servis etmək bacarığı
• Səriştəli şifahi və yazılı nitq, işgüzar yazışmalar aparmaq, kommersiya təklifləri vermək, telefon etiket qaydalarına riayət etmək
• Ezamiyyətlərə hazır olmaq

Sizi Bizdə nələr gözləyir:
• Ölkənin qabaqçıl və aktiv inkişaf edən İT Şirkəti sayılan iTech Qrup şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
• Qanunvericiliyə uyğun sənədləşdirmə
• Adekvat əmək haqqı və satış hədəflərinə uyğun bonus sistemi
• Davamlı karyera inkişafı
• Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
• Korporativ telefon

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Korporativ satış üzrə menecer” qeyd etməklə vacancy@itechgroup.az e-mail ünvanına göndərmələri xahiş olunur.