Təftiş üzrə rəhbər
Superfon Müddət: 2020-12-21 - 2021-01-21
Baxış sayı: 335 Vakansiya № 1004445
Şəhər: Bakı

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın bütün şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək istəyirsinizsə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Təftiş üzrə rəhbər
İş yeri: Bakı;
İş təcrübəsi: 4 il və üzəri;
Təhsil: Ali təhsil (maliyyə,audit,iqtisadiyyat və kommersiya);
Yaş həddi: 30 və üzəri.

İşin təsviri: Şirkət strukturları üzrə təftiş nəzarətinin təşkili və icrası.

Vəzifə öhdəlikləri:

• Şirkət daxili proseslərdə təftiş nəzarət sistemi strategiyasını yaratmalı və həmin strategiyanın doğru tətbiq edilməsini icra etməli;
• Şirkət daxili hərəkət və hərəkətsizliyin prosedurlara uyğunluğunu analiz etməli və nəticələrlə işləməli;
• Şirkət- xarici müştəri və şirkət-daxili müştəri münasibətlərində operativ və maliyyə nəzarətini icra etməli və müvafiq analitik təhlillər aparmalı;
• Aşkar olunmuş prosedur pozuntularının dərhal aktlaşdırılması və lazimi qərarların verilməsi üçün müvafiq daxili strukturlara yollanılması;
• Rəhbərliyə müntəzəm olaraq görülən işlərin hesabatı verilməsi.

Tələblər:

• Şəxsi avtomobilin olması -üstünlükdür;
• Dəqiqlik, punktuallıq və analiz etmək bacarıqlarının olması;
• MS Office və 1c proqramlarından istifadə bacarığı;

Təminatlar:

• Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
• Nahar pulu və korporativ mobil nömrə
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 6 günlük iş qrafiki

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını - “Təftiş üzrə rəhbər” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 18.01.2021-ci il.


Bu şirkətin digər vakansiyaları