Problemli kreditlərin yığımı üzrə mütəxəssis
Bank Respublika Müddət: 2020-12-21 - 2021-01-21
Baxış sayı: 502 Vakansiya № 1004447
Şəhər: Lənkaran

Bank Respublika” ASC “Lənkəran, Masallı və Sabirabad, Saatlı bölgələrinə problemli kreditlərin yığımı üzrə mütəxəssis” vakansiyasını elan edir.

Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Təhkim edildiyi filialların problemli kreditləri üzrə işi təşkil etmək;
• Problemli müştərilərlə işləmək, ödənişlərin yığılması, öz öhdəliklərini yerinə yetirməyən müştərilərin əvəzindən ödəniş etmələri məqsədilə müştərinin zəmanətçiləri ilə görüşmək;
• Borcu qaytarmayan müştərilərin mülkiyyətində olan əmlak barədə zəruri informasiya əldə etmək məqsədilə müvafiq dövlət orqanlarına sorğu göndərmək;
• Tələb olunan formada borcların yığılması, cari borclu müştərilər barədə məlumat və borcların yığılmasının nəticələrinə dair problemli kreditlərin yığımına rəhbərlik edən məsul şəxsə hesabatlar vermək;
• Borcların yığılması və hüquqi problemlərin həll edilməsinin effektiv yollarinin tapılması və təmin edilməsi məqsədilə birbaşa rəhbərinə və problemli kreditlərin yığımına rəhbərlik edən şəxsə yardımçı olmaq, cari sistem, prosedur və siyasətlərlə bağlı təkmilləşdirmə barədə təkliflər vermək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Borcların yığılması və problemli müştərilərlə işləmək sahəsində 3 il iş təcrübəsi;
• Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
• Dil bilikləri: Azərbaycan və rus dili əla;
• MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Problemli kreditlərin yığımı üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.