Front-end Developer
AT-Geotech MMC Müddət: 2020-12-22 - 2021-01-22
Baxış sayı: 314 Vakansiya № 1004455
Şəhər: Bakı

İş barədə məlumat:

AT GEOTECH QSC namizədləri “Front-end Developer” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Vəzifə öhdəlikləri:
•Yeni layihələrin qrup və ya fərdi şəkildə yaradılması, mövcud layihələrin dəstəklənməsi və inkişaf etdirilməsi.
•Javacript dilində kodun həm sıfırdan yazılması, həm də müxtəlif kitabxanalardan və nümunələrdən istifadə edərək onların layihə tələblərinə uyğun elektron formaların və qrafikların hazırlanıb uyğunlaşdırılması.

Tələblər:

•Güclü problem analiz etmə, həll etmə və qərar vermə bacarıqları olan
•Həm müstəqil, həm də komanda yönümlü əməkdaşlıq şəraitində işləmə bacarığı olan
•Analitik düşünə bilən və alqoritmik bilikləri olan
•Javascript, AJAX, HTML, CSS proqramları bilikləri olan
•Texniki ingilis dili (yeniliklər ve sənədləşmə ilə fərdi tanış olmaq üçün)

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində « Front-end Developer » qeyd edərək CV-lərini hr@at-geotech.com elektron ünvanına göndərmələri xahiş olunur.