Anbar müdiri
MSDIS Holding Müddət: 2020-12-23 - 2021-01-23
Baxış sayı: 765 Vakansiya № 1004463
Şəhər: Bakı

İş barədə məlumat:

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Vəzifə öhdəlikləri:
- Tikinti materiallarının (xüsusi ilə sement) qeydiyyatı və hesabatı;
- Malların qəbulunun təşkil edilməsi, onların saxlanılması;
- Anbardaxili əməliyyatlarının gündəlik uçotunun təşkili;
- Daxil olan sifarişlər əsasında mağazalara malların vaxtında çatdırılmasının təşkili;
- Müştərilərə çatdırılma xidmətinin təşkili;
- Mal çıxışların uçotu;
- Anbar uçotunda sənədləşmənin təşkili;
- Bəlli zamanlarda inventarizasiyanın aparılması;
- Mal və materialın uçotunun təşkili;
- Anbar idaretmə sahəsində effektivliyin artırılması;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının təmin edilməsi.
- Anbarın təmiz və səliqəli vəziyyətdə saxlanılması,malların təhlükəsiz vəziyyətdə saxlanılmasında məsuliyyətin daşınması;
- İş gününün əvvəlində və sonunda anbar təftişinin həyata keçirilməsi;
- Anbara daxil olan sifarişləri gecikdirmədən icra olunması; anbarda çatışmayan malların sifariş edilməsi
- Təhvil-təslim proseduruna tam əməl edilməsi;
- Anbarda aparılan sayımlarda iştirak edilməsi və müvafiq hesabatların verilməsi;
- Anbara geri qaytarılan, istifadəyə yararsız malların qəbulu; yerləşdirilməsi
- Anbar idaretmə sahəsində effektivliyin artırılması;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının təmin edilməsi.

Tələblər:
- Yaş: 25-45;
- Təcrübə: min.1il;
- Məsuliyyətli, dürüst və dəqiq;
- Dinamik iş şərtlərinə və dəyişkən iş saatlarına uyğunlaşa bilən;
- Nizam-intizamlı, qrupu idarə etmək, işçilərlə münasib davranış qabiliyyəti olan;
- Problem həll etmə bacarığı, yaranmış problemi cəld aradan qaldırma bacarığı (kreativlik);
- İşə tez adaptasiya ola biləcək, qrupu tez bir zamanda inkişaf etdirəcək.

İş şəraiti:
-iş qrafiki: 6 gün
-əmək haqqı: müsahibə əsasında təyin olunur
-iş yeri: Hökməli/Xırdalan

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Anbar müdiri" qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.