Korporativ satış və tender mütəxəssisi
Nobel Elektrik Müddət: 2020-12-23 - 2021-01-23
Baxış sayı: 327 Vakansiya № 1004465
Şəhər: Bakı

NOBEL ELEKTRİK AKSA, ALARKO, DELTA-JETT, PRYSMİAN, GEWISS, LEGRAND, SIEMENS, SOCOMEC və s. firmaların Azərbaycanda qabaqcıl distribütoru və nümayəndəsi olaraq layihə və proyektlərin həyata keçirilməsi, inşaat firmalarına malların topdan və pərakəndə satışı ilə məşğuldur.

NOBEL ELEKTRİK şirkəti Korporativ satış və Tender mütəxəssisi vakansiyası üzrə müsabiqə elan edir.


İş barədə məlumat:

- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi
- Tender üzrə tələb olunan sənədlərin operativ şəkildə hazırlanması
- Tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması
- Tender prosesi zamanı şirkətin təmsil olunması

- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
- Müştəri bazasının genişləndirilməsi
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı
İş qrafiki
- Bazar ertəsi – Cumə: 09:00-dan 18:00-dək
- İstirahət günü- Şənbə və Bazar günləri
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı 700-1200 AZN + bonus

Namizədə tələblər

- Ali təhsili olmalı
- Satış və tender sahəsində təcrübəli olmalı
- Rus və ingilis dillərini bilməli
- Tender işləri üzrə ən azı 1 ildən-3 ilədək təcrübəsi olmalı
- Məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa bilən
- Kompyuter biliklərinə sahib olan
- Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilən
- Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır
- Kollektivdə işləmə bacarığı olmalı
- Yaş həddi 22-35 yaş arası

CV-lər yalnız burak@nobelelektrik.az ünvanına göndərilsin.