Mühəndis
Buta Construction Müddət: 2020-12-23 - 2021-01-23
Baxış sayı: 378 Vakansiya № 1004467
Şəhər: Bakı

Tələblər:

• Ali təhsil – “İNŞAAT MÜHƏNDİSLİYİ” mütləqdir
• Tikinti sahəsində ən az 5 il təcrübə

Vəzifə öhdəlikləri:

• Təyin edilmiş obyektdə ( ərazidə ) tikinti – quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə , istehsalat planınına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək.
• Tikinti işlərin aparılmasında texnoloji ardıcılığın riayət olunmasına və tikinti işlərin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək
• Materialların, konstruksiaların və məmulatların qəbul olunmasını təşkil etmək və onların anbarda yerləşdirilməsini,qeydə alınması və aparılmasını təşkil etmək
• Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək ,onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək,onlara iş təlimatını keçmək .
• Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək.
• Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının teüxnologiya və təşkilini və sahədə işinb planlaşdırılması prinbsiplərini bilmək.
• Tikinti- quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilək və s.

İş rejimi - 6 günlük
Əmək haqqı - 1200-1500 AZN
İş yeri: Bakı şəh., həmçinin bölgələrdəki layihələrə yerində nəzarət etmək şərti ilə

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mühəndis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@butaconstruction.az elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq


Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları