Qaraj müdiri
MSDIS Holding Müddət: 2020-12-23 - 2021-01-23
Baxış sayı: 613 Vakansiya № 1004469
Şəhər: Bakı

İş barədə məlumat:

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət;
- Aktlaşdırma;
- Nəqliyyat vasitələrinin xəttəsaz vəziyyətdə buraxılmasını təmin etmək
- Xəttə baş vermiş texniki çatışmamazlıqları aradan qaldırılması
- Avadanlıqlara texniki baxışın keçirilməsinin, sınaq və profilaktik təmir işlərinin təşkil olunmas;
- Tikinti-istehsalatın texniki hazırlığının təmin olunması;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak olunması;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinin təmin olunması;
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərin hazırlanması, onların tətbiq olunması;
- Tabeçiliyində olan işçilərə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.

Tələblər:
- Yaş: 25-45;
- Təcrübə: min.1il;
- Nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını bilmək.
- Montaj və təmir metodların anlayışı
- Komanda ilə işləmə bacarığı
- Məsuliyyətli, işgüzar, ciddi, diqqətcil, dürüst, ünsiyyətcil və aktiv olmalıdır.

İş şəraiti:
-iş qrafiki: 6 günlük iş həftəsi
-əmək haqqı: müsahibə əsasında təyin olunur
-AR ƏM əsasən işə qəbul
-iş yeri: Mehdiabad

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Qaraj müdiri" qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.