Mütəxəssis və orta idarəetmə vəzifələri
Məşğulluq mərkəzi Müddət: 2020-12-25 - 2021-01-25
Baxış sayı: 975 Vakansiya № 1004484
Şəhər: Ağdam

STRUKTURUN ADI: 16 Saylı Ərazi Məşğulluq mərkəzi (Saatlı, Sabirabad, İmişli, Cəbrayıl), 
17 Saylı Ərazi Məşğulluq mərkəzi (Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd, Laçın), 
18 Saylı Ərazi Məşğulluq mərkəzi (Tərtər, Bərdə, Ağdam, Naftalan)

VAKANT VƏZİFƏLƏR: Mütəxəssis və orta idarəetmə vəzifələri
ƏMƏK HAQQI: 1100-1500

VƏZİFƏ FUNKSİYALARI:

- Müvafiq qayda, təlimat və standartlara uyğun olaraq Ərazi Məşğulluq mərkəzinə müraciət edən şəxslərə aidiyyəti üzrə məşğulluq xidmətlərinin göstərilməsi;
- İşsiz şəxslərin özünüməşğulluğuna kömək məqsədilə işsiz şəxslərə məsləhətlərin və məlumatların verilməsi;
- Əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi;
- Vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə baxılmasında və onlara vaxtında cavab verilməsində və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görülməsi;
- Vətəndaşlardan daxil olan sənədlərin düzgünlüyünün yoxlanılması onların qəbul edilməsi;
- Zərurət yarandıqda vətəndaşlara iş və ya yaşayış yerlərində, habelə olduqları yerlərdə müvafiq səyyar xidmətlərin göstərilməsi;
- Müraciət aidiyyəti üzrə olmadığı hallarda müraciət edən şəxslərə müvafiq istiqamətlərin verilməsi;
- Müvafiq sahədə xidmətlərin təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi ilə əlaqədar təkliflərin verilməsi;
- Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilməsi.

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:

- Təhsil tələbi: Ali təhsil; (İqtisadiyyat, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr)
- İş stajı: vətəndaşlara xidmət və sosial sahədə iş təcrübəsi olan əməkdaşlara üstünlük verilir;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus dili (orta səviyyədə), ingilis dili (arzuolunandır)
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə)

VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:

- Məsuliyyətlilik
- Etibarlılıq, dürüstlük
- İnkişaf yönümlü və innovativlik
- Operativlik, çeviklik
- Təşəbbüskarlıq
- Nəticəyə hədəfli

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə:

16 Saylı Ərazi Məşğulluq mərkəzi (Saatlı, Sabirabad, İmişli, Cəbrayıl)”,

"17 Saylı Ərazi Məşğulluq mərkəzi (Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd, Laçın)" və ya

"18 Saylı Ərazi Məşğulluq mərkəzi (Tərtər, Bərdə, Ağdam, Naftalan)" yazaraq hr.dma@sosial.gov.az ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.