İnsan Resursları üzrə baş mütəxəssis
Rabitəbank Müddət: 2021-01-05 - 2021-02-04
Baxış sayı: 1122 Vakansiya № 1004501
Şəhər: Bakı

“Rabitəbank” ASC İnsan Resursları Departamentinə İnsan Resursları, Baş Mütəxəssis (əmək münasibətlərinin tənzimlənməsi üzrə) vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Qanunvericilik və daxili normativ qaydaların tələblərinə müvafiq olaraq əmək müqavilələrini, əmrləri, arayışları, və digər sənədləşmə işlərini aparmaq;
  • Əmək qanunvericiliyin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi” ilə işləmək;
  • Bankdaxili prosedurlara uyğun olaraq məzuniyyətlərin uçotunu aparmaq və koordinasiya etmək;
  • İşçilərin bankdaxili nizam-intizam qaydalarına riayət etməsinə nəzarət etmək;
  • Bank işçilərinə əmək haqqının və bonusların hesablanmasına və ödənişinə  aid olan zəruri fəaliyyətləri həyata keçirmək;
  • İşçilərin şəxsi işlərini hazırlamaq, mütəmadi olaraq yeniləmək və onları müvafiq qaydada saxlanılmasını təmin etmək;
  • Daxili qaydalara uyğun olaraq qiymətləndirmə prosesini aparmaq və koordinasiya etmək;
  • Qanunvericilik tələblərini nəzərə alaraq əməkdaşların icbari siğortası ilə əlaqədar zəruri işləri həyata keçirmək;
  • Tələb olunan hesabatları hazırlamaq və aidiyyatı üzrə təqdim etmək.

Vəzifəyə olan tələblər:

  • AR Əmək məcəlləsi və İnsan Resursları ilə bağlı digər qanunvericilik haqqında biliklər
  • Ali təhsil (Hüquq və ya İRİE sahəsi üzrə arzuolunandır);
  • İnsan Resursları sahəsi üzrə  ən az 2-3 il iş təcrübəsi (bank sahəsində iş təcrübəsinə üstünlük verilir);
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi (rus və ingilis dili arzuolunandır);
  • MS Office proqramları, Elektron Hökümət Portalı ilə işləmə bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
  • Analitik düşüncə və problemləri həll etmə bacarığı;
  • Komanda da işləmək bacarığı;
  • Məsuliyyət, nizam-intizam və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İR üzrə Baş Mütəxəssis” göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com 

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33