Hüquqşünas
Ferrum Capital Müddət: 2021-01-01 - 2021-01-31
Baxış sayı: 293 Vakansiya № 1004514
Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

• Qüvvəyə minmiş məhkəmə orqanlarının qərarlarının icrasını təmin etməklə bağlı müvafiq tədbirlər görmək
• Məhkəmə qərarına əsasən borclular ilə əlaqələr yaratmaq və danışıqlar aparmaq
• İcra işinin təmin edilməsi üçün prosesə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların müəyyən edilməsi üçün müvafiq sorğuların verilməsini həyata keçirmək
• İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək
• Müvafiq məlumat bazası yaratmaq, hesabatlar hazırlamaq

İş qrafiki

• Bazarertəsi – Cümə: 09:00 – 18:00
• Şənbə: 10:00 – 14:00
• Sabit əmək haqqı + bonus
• Əlverişli iş mühitində çalışmaq imkanı
• Karyera və inkişaf perspektivləri

Namizəddə tələblər:

• Hüquq sahəsində ali təhsil
• Müvafiq sahədə bank və BOKT-larda minimum 1 il iş təcrübəsi
• Mükəmməl azərbaycan dili (rus dili arzu olunandır)
• Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-ni mövzu hissəsində “Hüquqşünas ” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərmələri xahiş olunur.