Mal-material üzrə mühasib (anbar)
MSDIS Holding Müddət: 2021-01-04 - 2021-02-03
Baxış sayı: 529 Vakansiya № 1004522
Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək

- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq

- Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək

- Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq

- Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək

- Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək

- Anbar sayımı və stok nəzarətini həyata keçirmək

Namizədə qarşı tələblər :

- Ali təhsilli (iqtisadiyyat/maliyyə üzrə)

- İstehsalat sahəsinsə minimum 1 il iş təcrübəsi

- Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı

- MS Office ( Excell-yüksək səviyyədə)

- Yaş həddi: 22-45

- Satış və anbar arasındakı koordinasiyasını bilməli

- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı

İş şəraiti:

- İş qrafiki: 09:00-18:00

- Əmək haqqı: müsahibə əsasında təyin olunur

- Nahar verilir

- İş yeri: Abşeron ray., Hökməli qəsəbəsi

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi cv@msdisholding.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

 

Şirkət haqqında :

MSDIS Holding 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.