Topdan və pərakəndə satış şöbəsinin rəhbəri
Gilan Tekstil Parkı Müddət: 2021-01-04 - 2021-02-04
Baxış sayı: 420 Vakansiya № 1004525
Şəhər: Sumqayıt

VAKANSİYA: Kommersiya Departamenti/ Topdan və pərakəndə satış şöbəsinin rəhbəri
ŞƏHƏR: Sumqayıt

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

• Topdan və Pərakəndə satışlarlarla əlaqələr fəaliyyətlərin planlaşdırılması, inkişaf etdirilməsi və həyata keçirilməsi
• Əlaqədar struktur bölmələrlə əməkdaşlıqda bazara yeni məhsul çıxırılması və mövcud məhsulların satışının dəstəklənməsi
• Topdan və Pərakəndə satışlarda hazır məhsul satışlarının payının artırılması
• Danışıqların aparmaq, şərtləri razılaşdırmaq və müqavilələr bağlamaq.
• Topdan və Pərakəndə satış üzrə planı həyata keçirmək.
• Mövcud və potensial müştəri seqment və qrupları ilə görüşlər və sorğular keçirmək.
• Satışları ən sərfəli qiymətlərlə ən yüksək səviyyədə tutmaq üçün ölkə daxilində ən təsirli ünsiyyət kanallarını istifadə edərək müştəriyə çatmaq üçün daim fəaliyyətdə olmaq.
• Topdan və Pərakəndə satış ilə bağlı bazar araşdırmalarını aparılmaq.
• Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyyacların analizini həyata keçirmək.
• Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyalar almaq.
• Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə etmək və rəhbərliyə bildirmək.
• Görüşə hazırlıq və təqdimat materiallarının hazırlamaq və müştəri ilə görüşmələr və təqdimatlar keçirmək.
• Qiymətlər və endirim şərtlərini müəyyənləşdikdən sonra müştəriyə təklif göndərmək.
• Maliyyə sənədlərini müştəriyə göndərmək.
• Müştəri ödəmələrini izləmək.
• Debitor borcların yığılmasına nəzarət etmək.
• Qoyulan hədəfləri vaxtında yerinə yetirmək

NAMİZƏDƏ TƏLƏBLƏR

• Ali təhsil və ya magistr dərəcəsi (biznes, menecment, və s.oxşar sahələr üzrə);
• Müvafiq vəzifə üzrə 8 ildən az olmayan iş təcrübəsi, supermarket şəbəkələri ilə 3-5 il əməkdaşlıq təcrübəsi və ən azı 3 il idarəetmə təcrübəsi.
• Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;

İŞ QRAFİKİ

• Həftə ərzində 5 günlük
• İş saatları: 09:00-18:00-dək
• Nahar şirkət tərəfindən verilir.

CV-lərinizi hr@giltex.az ünvanına göndərməyiniz xahiş olunur.

QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur.