
Şəhər: Bakı
Netbet MMC “CRM Analitik” vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
• Böyük həcmli məlumatların təhlili və işlənməsi;
• Dövri proqnoz hesabatların tərtibi və məlumatların təqdimatı;
• Müştəri bazasının modelləşdirilməsi və məhsul tətbiqlərinin fərdiləşdirilməsi;
• Müştəri ehtiyacı dövrünün (customer journey) inkişafı və optimizasiyası üçün data analizi metodları tətbiq etmək;
• Müştərilərlə birbaşa əlaqə şəbəkəsinin formalaşması (sms / push / call kimi əsas kanallardan istifadə edərək rabitə zəncirlərinin qurulması; rabitə tezliyinin idarə edilməsi);
• CRM şöbəsini lazımı analitik məlumatlarla təmin etmə;
• CRM kampanyaları üzrə səmərəlilik hesabatı;
• Bazar və rəqiblər barədə toplanmış məlumatların müqayisəli təhlili;
Namizədə olan tələblər:
• Ali Təhsil (Maliyyə, İqtisadiyyat, Marketinq, Biznesin İdarə Edilməsi);
• Azərbaycan dili-səlis, rus və ingilis dilləri-yaxşı səviyyədə;
• Excel və Verilənlərin emalı və təsviri baxımından aparıcı biliklər, Excel və PowerPoint proqramlarından sərbəst istifadə;
• İdmana maraq və biliyin olması şərtdir;
• Müvafiq sahədə ən az 3 il iş təcrubəsi;
• Yüksək məntiq və analiz qabiliyyəti;
Uyğun namizədlər CV-lərini recruitment@etopaz.az e-poçt ünvanına “CRM Analitik” başlığı ilə göndərmələri xahiş olunur.
Vəzifə | Şirkət | Müddət |
---|---|---|
Copywriter | Netbet LLC | 2021-01-03 - 2021-02-02 |