Rəqəmsal marketinq üzrə mütəxəssis
AzInTelecom MMC Müddət: 2021-01-09 - 2021-02-09
Baxış sayı: 248 Vakansiya № 1004559
Şəhər: Bakı

“AzInTelecom” MMC Rəqəmsal marketinq üzrə mütəxəssis vakansiyasını elan edir.

Şöbə: Kommersiya/Korporativ kommunikasiyalar/Rəqəmsal və sosial media marketinqi    

sektoru

Vəzifə öhdəlikləri:

  • Rəqəmsal Marketinqin əsas prinsiplərini və məqsədlərini müəyyən edib tətbiq etmək.
  • Kontent Marketinqin təkmilləşdirilməsi, planlaşdırma vasitələrində istifadə edərək kontentin dəyərinin artırlması üzrə əməliyyatların yerinə yetirilməsi. Onlayn kontentdəki səhvləri və ya nöqsanları düzəltmək
  • SEO və PPC hədəflərini anlayaraq şirkət hədəflərinə uyğunlaşdırıb tətbiq etmək.
  • Rəqəmsal display və video reklamların şirkət hədəfləri üzrə tətbiq edilməsi.
  • Google Ads və Google Analytics platformatının istifadə edilməsi. Əlavə olaraq keçirilmiş axtarış kampaniyası üzrə performansın ölçülməsi və hesabatların hazırlanması.
  • Rəqəmsal marketinq kampaniyalarını həyata keçirmək
  • Azcloud məhsulları üzrə və rəqəmsal platformalar vasitəsilə illik mədaxil planlarını müəyyən etmək
  • İnternet seminarlar və konfranslar üçün illik planlar həyata keçirmək
  • Təşkilatın internet saytını (saytlarını) idarə etmək və xidmət göstərmək
  • Onlayn saytlar üçün video, podkast və audio kontenti redaktə etmək və yerləşdirmək
  • İnternet saytların trafik axınını izləmək, təhlil etmək və müntəzəm daxili hesabatlar hazırlamaq
  • Əsas məhsuldarlıq göstəricilərini yaxşılaşdırmaq
  • İnternet saytın (saytların) axtarış sistemlərinin optimizasiyası üçün davamlı olaraq işləmək
  • Rəqəmsal marketinqdəki yeni tendensiyaları müəyyən etmək, yeni texnologiyaları qiymətləndirmək və brendin sahə üzrə proseslərin inkişafı ilə, xüsusən də mobil marketinqdə proseslərin inkişafı ilə ayaqlaşmasını təmin etmək
  • Bazara məhsul buraxılışlarına və işgüzar əlaqələrin yaradılması və möhkəmləndirilməsi tədbirlərinə qatılmaq

Tələb olunan bilik və bacarıqlar:

  • Marketinq və ya biznes sahəsində bakalavr dərəcəsi
  • SEO, PPC, Web-Site Optimization, SMM, Google Analytics, Google Ads üzrə bilik və bacarıqlar
  • Yüksək ünsiyyətqurma və yazı bacarığı
  • Axtarış sistemlərinin optimallaşdırılması üzrə dərin biliklər
  • B2B arenası çərçivəsində əsas rəqəmsal platforma və kanallar üzrə dərin biliklər
  • Rəqəmsal marketinq sahəsində ən azı 2 illik təcrübə
  • Facebook, Twitter, Instagram, YouTube və s. daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, bütün populyar sosial media platformalarında açıq ifadə olunmuş üstün təcrübə
  • Kontenti idarəetmə sisteminin (CMS) idarə olunması və təkmilləşdirilməsi
  • SEO, SEM, PPC və təkrar marketinq
  • Google analytics, Yandex Metrica üzrə biliklər əlavə üstünlükdür
  • Azərbaycan və ingilis dillərini mükəmməl bilməli, rus dilini bilənlərə üstünlük verilir
  • MS Office

Xüsusi tələblər:

  • IT şirkətində təcrübə əlavə üstünlükdür

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.