Oksigen doldurma məntəqəsinin operatoru
ATEF Şirkətlər Qrupu Müddət: 2021-01-11 - 2021-02-11
Baxış sayı: 862 Vakansiya № 1004569
Şəhər: Bakı

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC Oksigen doldurma məntəqəsinin operatoru” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: 600-800 AZN

İş şəraiti

- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar və servis müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

- Oksigen balonlarının avadanlıq vasitəsilə və təhlükəsizlik qaydalarına əməl edilməklə doldurulmasını həyata keçirmək;
- İstehsal sahəsi üçün tələb olunan oksigen balonlarının vaxtında doldurulmasını nəzarətdə saxlamaq;
- Oksigen doldurma məntəqəsində qaz sızmalarının baş verməməsi üçün tədbirlər görmək və sızıntı qeydə alındığı vaxt işin dayandırılmasını təmin etmək.

Tələblər:

- Orta-ixtisas və ya orta təhsilli;
- Bu sahədə 3 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə sertifikat;
- Problemləri həll etmə bacarığı;
- Oksigen doldurma məntəqəsində cihaz və aparatların istismarı qaydalarını bilməlidir;
- Təzyiq altında işləyən aparatların tənzimlənməsi, uçotu və nəzarəti üçün cihazlarla işləməyi bacarmalıdır;
- Təzyiq tənzimləyicilərinin və qaz sayğaclarının tənzimlənməsi üsullarını bilməlidir;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilməlidir;

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən mövzu yerinə vəzifənin adını “Oksigen doldurma məntəqəsinin operatoru” göstərin.