
Şəhər: Bakı
“Performance Center Co” MMC Texniki xidmət bölməsinə “Zəmanət işləri üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.
Vəzifələr:
• Zəmanət prosedurlarının istehsalçının və müştərilərin tələblərinə uyğun olaraq tənzimlənməsi və fəaliyyətinin təmin edilməsi;
• Problemli və mürəkkəb zəmanət iddiaları ilə əlaqədar istehsalçı ilə danışıqların aparılması;
• Avtoservisə daxil olan avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;
• Göstərilən xidmətlərin keyfiyyəti, təkrar təmirlə bağlı müştəri müraciətlərinin araşdırılması.
Tələblər:
• Ali təhsil (bakalavr)
• Müvafiq sahədə 3 illik iş təcrübəsi;
• Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığı;
• Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
• Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq.
Əlavə məlumat:
• İş günləri: həftədə 6 gün
• İş saatı: 09:00-18:00
• Əmək haqqı: 1000-1500 AZN
Namizədlərdən öz tərcümeyi-halını hr@performance-center.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərməkləri xahiş olunur.