Kommersiya üzrə analitik 
Araz Supermarket Müddət: 2021-01-11 - 2021-02-11
Baxış sayı: 281 Vakansiya № 1004571
Şəhər: Bakı

Araz Supermarketlər Şəbəkəsi Kommersiya üzrə analitik vakansiyası üzrə işə qəbul elan edir!

İş yeri: Bakı şəh., Məhəmmədi qəs.

Vəzifə öhdəlikləri:

- Məlumatları toplamaq, qiymətləndirmək və təhlil etmək;
- Məlumatların təhlil etdikdən sonra praktiki tövsiyyələr hazırlamaq, düzgün proqnozlar vermək;
- Büdcə və maliyyə proqnozlarının hazırlanması;
- Maliyyə idarəetmə hesabatlarının hazırlanması vaxtında tərtib etmək və aidiyyatı olaraq təqdim etmək;
- Təhlil nəticələrinə uyğun istehsal fəaliyyətinin düzgün təşkil edilməsinə, digər əməkdaşların praktiki tövsiyyələrə uyğun fəaliyyət göstərməsinə nəzarət etmək;
- Məlumatların analiz edilməsində analitik və metodiki əsasları müəyyən etmək;
- Digər aidiyyatı strukturlarla əməkdaşlıq etmək, lazımi məlumatları əldə etmək və struktur bölmələr arasında fəaliyyətlərin əlaqələndirilməsində rol oynamaq;
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün şəkildə yerinə yetirmək.

Tələblər:

- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə arzuolunandır);
- Maliyyə və məlumat analitikası üzrə ən azı 1 il iş təcrübəsi;
- Rus dili biliyi mütləqdir (səlis danışıq və yazı);
- Yüksək səviyyədə MS Office bilikləri;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 6 günlük iş qrafiki;
- Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Kommersiya üzrə analitik” adını mövzu hissədə qeyd etməklə CV formalarını cv@retail.az elektron poçt ünvanına göndərə bilərlər.