Layihələr üzrə mühəndis
Qazax Sement Zavodu MMC Müddət: 2021-01-13 - 2021-02-13
Baxış sayı: 270 Vakansiya № 1004580
Şəhər: Qazax

Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
Əsas iş yeri: Qazax rayonu, Daş Salahlı kəndi

Namizədə dair tələblər:

• Texniki və ya inşaat sahəsi üzrə ali təhsilli olmalıdır,
• Aidiyyatı sahə üzrə minimum 3 il iş təcrübəsi olmalıdır,
• Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır,
• Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır,
• Rus və / və ya ingilis dilini sərbəst bilməsi vacibdir.

Əsas vəzifə öhdəlikləri:

• İnvestisiya planının hazırlanmasında iştirak etmək.
• Büdcəyə müvafiq olaraq layihələri əlaqələndirmək və layihə mərhələlərini idarə etmək.
• Layihələrin mövcud statusunu izləmək və hesabatları hazırlamaq
• İcra olunan layihələr barəsində aylıq və illik hesabatlar hazırlamaq
• Layihələrin monitorinqini aparmaq və onları nəzarətdə saxlamaq
• Layihənin idarə olunması üçün təhlil və qiymətləndirməyə dəstək olmaq
• Layihələrin zaman və iş planının hazırlanması və izlənməsi həyata keçirmək
• Layihənin müqaviləyə və texniki şərtnaməyə uyğunluğunu təmin etmək
• Layihə-smeta sənədlərinin alınmasını, yoxlanılmasını və saxlanılmasını təşkil etmək
• Tikinti sahələrinin texniki sənədlərlə vaxtında təmin olunmasını təşkil etmək
• Layihə-smeta sənədləri əsasında faktiki iş həcmlərini müəyyənləşdirmək və normalar əsasında istifadə olunacaq materialların sifarişini hazırlamaq
• İş planı əsasında material resurslarının ardıcıllığını müəyyənləşdirmək, sifarişlərin vaxtında və iş planına uyğun ardıcıllıqla verilməsini təmin etmək
• Görülmüş işlərin yerinə yetirilməsi aktlarının (F-2, F-3) faktiki iş həcmlərinə görə yazılmasını və layihə sənədləri ilə yoxlanılmasını təmin etmək
• Tikinti sahələrində istifadə olunmuş tikinti materiallarının normalara uyğun işlədilməsinə, saxlanılmasına və silinməsinə nəzarət etmək
• Texniki hesabatları normalara əsaslanaraq yoxlamaq, hesabatların vaxtlı-vaxtında mühasibatlığa verilməsini təmin etmək
• Texniki sənədlərin tikinti normalarına və qaydalarına uyğun hazırlanmasına nəzarət etmək
• Layihə-smeta və texniki sənədlərin saxlanılmasını və arxivləşdirilməsini təmin etmək
• Sahələr arası işlərin əlaqələndirilməsinə nəzarəti həyata keçirmək
• Podratçı və Subpodratçılar ilə bağlanmış müqavilələri layihə-smeta sənədləri əsasında yoxlayaraq iş həcmlərinə və qiymətlərə nəzarət etmək
• İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
• Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Əsas təminatlar:

• Əmək haqqı razılaşma əsasında,
• Nahar ilə təmin olunur,
• Aylıq mobil rabitə limiti ilə təmin olunur,
• Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel – yataqxana fəaliyyət göstərir),
• İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir.

E-mail: Hamza.Xocayev@qsz.az. Mövzu hissəsində "Layihələr üzrə mühəndis" qeyd olunması zəruridir.

Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.