Satınalmalar üzrə kiçik mütəxəssis
Modenis MMC (eManat) Müddət: 2021-01-13 - 2021-02-13
Baxış sayı: 705 Vakansiya № 1004586
Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

• Şirkətin satınalma prosesinin təşkili və idarəedilməsində iştirak etmək.
• Satınalmaların yaradılmış proqram üzərindən və yaxud mövcud və ola biləcək digər prosedurlara uyğun olmaqla icra edilməsini tam təmin etmək.
• Alışlarların təsnifata uyğun olmaqla bölgüsünün aparılması, ümumi və təsnifata uyğun aylıq yarım illik və illik olmaqla müəyyən vaxt intervallarında hesabatların hazırlanması, təqdimatı.
• Tabe olduğu rəhbərliyi tərəfindən verilən tapşırıqların vaxtlı-vaxtında icrasının təşkili və təmin edilməsi.

Namizədə qoyulan tələblər:

• Ali təhsil; (xanim namizəd)
• Ən azı bu sahə (marketing və ya təchizat) 1 il iş təcrübəsi arzuolunandır;
• Məhsulların analizində analitik - alqoritmik düşünmə qabiliyyəti;
• Texniki sənədlərin tərtibi; Vacibdir
• Kompüter bilikləri; Ofis proqramları
• Komanda şəkilində işləmə bacarığı;
• Xarici dil səviyyəsi: İngilis dili (orta və daha üstün) və Rus dili (yaxşı səviyyədə)
• İşgüzarlıq,operativlik və icra etdiyi işə görə cavabdehlik
• Digər müsbət xarakterli xüsuyyətlər.(ünsiyyət, gülərüzlülük və.s)

İş şəraiti:

• Ofis daxili;
• Əmək haqqı 400-450 AZN
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin verilməsi;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.