
Şəhər: Bakı
İş barədə məlumat:
Tikinti sahəsəndə mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq;
Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq hallar aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etməli;
Layihələr üzrə görülmüş işlərin təhvil-təslim aktı sənədlərini cavabdeh şəxslərdən qəbul etmək, akta əsasən layihə anbarından mal-material silgisini həyata keçirtmək. Dövri olaraq layihə anbarlarının mal-material qalıqlarını müvafiq layihələr üzrə cavabdeh şəxslərlə təsdiq etmək;
Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq və nəzarət etmək;
Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
Mal-materialların hərəkətinə dair məlumatlarını mühasibat proqramı (1C 8.3 və Mikro ) bazasına əlavə etmək;
İlkin sənədlərini qəbul etdikdən sonra onlara nəzarət etmək.
Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlamaq, qaimələri, aktları tərtib etmək müvafiq hesablar planına işlənməsini təmin etmək;
Vəzifə Təlimatı ilə müəyyən edilmiş digər işləri yerinə yetirmək.
Tələblər:
Kompüterdə sərbəst işləmək bacarığı (MS Office,1C 8.3, Mikro) proqramında sərbəst işləmək təcrübəsi
Azərbaycan – Ana dili
Rus dili , arzuolunandır;
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması;
Ezamiyyəyə getmə imkanları;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Fikrini sərbəst izah etmək ,işə planlı yanaşmaq , Üzərinə daima çalışmaq bacarığı və yüksək düzgünlük hissi;
Uyğun namizədlər CV-ləri “Mühasib” mövzusu ilə hr@gmco.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
CV təhlilini xüsusi proqram apardığından fərqli vəzifələ göndərilən CV üçün mövzu yerində iddia etdiyiniz vəzifə/ sahəni qeyd etməyiniz xahiş olunur.
Vəzifə | Şirkət | Müddət |
---|---|---|
Anbar müdiri | GM Construction | 2021-02-18 - 2021-03-18 |