Satış təmsilçisi
RD Smart Müddət: 2021-01-24 - 2021-02-23
Baxış sayı: 681 Vakansiya № 1004653
Şəhər: Bakı

RD Smart” QSC şirkəti 2019-cu ildə Bakı şəhərində qurulub. "Made in Azerbaijan” brendi ilə müasir texnolocı məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan vermək, habelə həmin brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaratmaqdır.

Regionların İnkişaf Proqramının məqsədlərinirəhbər tutaraq, Bakı və Azərbaycanın regionlarında (rayon, şəhər, kənd və qəsəbələrində) istehsal olunmuş muasir avadanlıqlar, qurğu və cihazları quraşdırmaqla, onların fasiləsiz vahid “ağıllı sistem” altında çalışmasını tətbiq etməkdir.

Vakansiya: Satış təmsilçisi

İş barədə məlumat:

• Müştərilərlə əlaqələrin inkişafı və dəstəyi;
• Danışıqların aparılması;
• Müştərilər üçün kommersiya təkliflərin hazırlanması;
• Satışların proqnozlaşdırılması;
• Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
• Müştərilərin profilini yaradılması və yenilənməsi;
• Görüş hesabatlarının hazırlanması;
• Fəal satışların koordinasiyası.

Tələblər:

• Ali təhsil;
• İstehsal sahəsində müvafiq vəzifə üzrə minimum 1 illik iş təcrübəsi;
• Türk və ya İngilis dili üstünlük kimi qiymətləndirilir;
• MS Office proqramlarının biliyi;
• Yaradıcı, məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı;
• Analitik düşünmə bacarığı;
• Müştəriyönümlü satış bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@rdsmart.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Satış təmsilçisi​​​​​​​) göstərməyiniz xahiş olunur.