Anderraytinq mərkəzinin kiçik və orta biznes kreditləri təhlil şöbəsində aparıcı mütəxəssis /baş mütəxəssis
AzərTürkBank
Müddət: 2025-01-15 - 2025-02-23
Baxış sayı: 657
Vakansiya № 1012898
Şəhər:
Bakı
İşin təsviri:
- Bankın strateji hədəflərinə riayət olunmaqla KOB seqmenti sifarişlərinin anderraytinqini həyata keçirmək;
- Təqdim edilən rəydə sifarişçilərin biznesindəki riskli məqamları göstərməklə sifariş üzrə risklərin adekvat formada azaldılması üçün təkliflər vermək;
- Anderraytinqin nəticələriylə bağlı yekun rəy təqdim etmək;
- KOB seqmentinə aid məhsulların anderraytinqi üçün müvafiq təqdimat, rəy formalarına əlavələrin hazırlanmasında iştirak etmək.
Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat üzrə);
- Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;
- Səlis Azərbaycan dili biliyi (rus və ingilis dil biliyi arzuolunandır);
- KOB seqmenti üzrə kreditləşmə və ya KOB kreditləri üzrə minimum 3 il təhlil və ya anderraytinq təcrübəsinin olması (Maliyyə sahəsində sertifikatların olması arzuolunandır;
- Analitik düşüncə, komandada işləmək, vaxtın idarə edilməsi və yüksək səviyyədə ünsiyyət bacarığının olması;
- MS Ofis proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə edə bilmək (sertifikatların olması arzuolunandır).
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/atb/atb-anderraytinq-merkezinin-kicik-ve-orta-biznes-kreditleri-tehlil-sobesinde-aparici-mutex/apply?source=Position





