Anderraytinq Mərkəzinin Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsində mütəxəssis/aparıcı/baş mütəxəssis
AzərTürkBank
Müddət: 2024-12-09 - 2025-01-13
Baxış sayı: 153
Vakansiya № 1012533
Şəhər:
Bakı
İşin təsviri:
- Korporativ müştərilərdən daxil olan biznes krediti və digər maliyyələşmə müraciətləri üzrə ödəniş qabiliyyətinin müəyyən olunması məqsədilə müştərilərin maliyyə və biznes təhlilinin aparılması, təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması məqsədilə müştərilər ilə görüşlərin keçirilməsi;
- Korporativ müştərilər üzrə kredit reytinqlərinin hesablanması və müvafiq ilkin qərarların qəbul edilməsi işini həyata keçirmək;
- Kreditləşmə üzrə bankdaxili qaydalara riayət olunması, təminata dair və digər risklərin düzgün qiymətləndirilməsini həyata keçirmək;
- Korporativ müştərilərin maliyyəşdirilməsi müraciətləri üzrə son qərarın verilməsi məqsədilə kredit rəyinin hazırlanması;
- Kredit reytinqi modellərinin təkminləşdirilməsində iştirak etmək, bu istiqamətdə təkliflər vermək;
- Bankın korporativ müştəri portfelinə daxil olan kreditlərin müxtəlif aspektlərdən təhlili;
Korporativ maliyyələşmənin təhlilinə dair hesabatların hazırlanmasında iştirak.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan dili və rus dili biliyi, ingilis dili biliyi arzuolunandır;
- Korporativ maliyyəşmənin təhlili üzrə 3 illik iş təcrübəsi;
- Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
- ACCA F3/FFA, ACCA F7/FR sertifikatlarının olması üstünlükdür;
- MS Office proqramlarından (xüsusilə MS Excel, Power Point) sərbəst istifadə qabiliyyəti;
- Komandada işləmək, vaxtın idarə edilməsi və yüksək ünsiyyət bacarığı;
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti.
Müraciət üçün e-mail aysel.b@atb.az ; link https://atb.az/
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Təlim və seminar | Şirkət | Müddət |
---|---|---|
Anderraytinq və monitorinq üzrə mütəxəssislərin hazırlığı | İnternational Consulting Company | 2024-12-19 - 2025-01-15 |
Bu şirkətin digər vakansiyaları