Anderraytinq şöbəsinin mütəxəssisi / Aparıcı mütəxəssisi
Unibank Kommersiya Bankı
Müddət: 2025-06-26 - 2025-07-26

Baxış sayı: 158
Vakansiya № 1014169
Şəhər:
Bakı
İşin təsviri:
- Kredit müraciətlərinin təhlili: müştərinin maliyyə vəziyyəti, gəlir-xərc balansı, DSCR, NPM, borc göstəriciləri və kredit tarixçəsinin araşdırılması;
- Təqdim olunan girov təminatlarının hüquqi və maliyyə baxımından analiz olunması;
- Kredit limiti və ödəmə şərtlərinin müəyyən edilməsi;
- Kredit risklərinin müəyyənləşdirilməsi, ölçülməsi və qiymətləndirilməsi;
- Kredit qərarlarının Bankın daxili qaydalarına və Mərkəzi Bankın normativ sənədlərinə uyğun hazırlanması;
- Kredit portfeli üzrə davamlı monitorinq və erkən xəbərdarlıq siqnallarının (EWS) izlənilməsi;
- Satış və RM komandası ilə sıx əməkdaşlıq – mürəkkəb və qeyri-standart kreditlərin strukturlaşdırılmasında iştirak;
- Kredit proseslərinin avtomatlaşdırılması və modelləşdirilməsi üzrə layihələrdə iştirak;
- Problemli müştərilərin erkən mərhələdə aşkar edilməsi və risk eskalasiyasının təşəbbüsü.
Tələblər:
- Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
- Anlayışlı və sistemli təhlil aparmaq bacarığı;
- Kredit təhlili, risk göstəriciləri və maliyyə nisbətləri üzrə biliklər (DSCR, ICR, Debt/Equity və s.);
- Bank sektorunda, kredit risklərinin idarə olunması və/və ya kredit təhlili sahəsində ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı (ingilis dili üstünlükdür);
- Microsoft Office (xüsusilə Excel) proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- ERP/CRM sistemlərində və ya analitik alətlərlə işləmə təcrübəsi üstünlük sayılır;
- Məsuliyyətli, detallara diqqətli və vaxtında qərarvermə bacarığı olan şəxs.
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları