
Bakı
İşin təsviri:
Sığorta və təkrarsığorta sorğularının işlənməsi.
Risklərin qiymətləndirilməsi, təklif/müqavilə/əlavələrin hazırlanması.
Qeyri-həyat sığorta portfelinin təhlili.
Yeni sığorta qaydalarının hazırlanmasında iştirak.
Yeni sığorta məhsullarının hazırlanmasında iştirak.
Vəzifə təlimatına uyğun olaraq digər işlərin yerinə yetirilməsi.
Tələblər:
Təhsil: Ali təhsil mütləqdir.
İş təcrübəsi: Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi.
Dil bilikləri: Azərbaycan dili (ana dili), İngilis dili (C1), Rus dili (üstünlükdür).
Kompyuter bilikləri: MS Office (Excel, Word) proqramlarını mükəmməl bilmək.
Şəxsi keyfiyyətlər və bacarıqlar: Yazılı və şifahi kommunikasiya, analitik düşüncə, komandada işləmək bacarığı, intizamlılıq, dəqiqlik, məsuliyyət, məqsədyönülük.
Əmək şəraitinin şərtləri:
Əmək haqqı: Namizədin səriştə və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunur
İş vaxtı: 5 günlük iş həftəsi saat 09:00-dan 18:00-dək, cümə günü saat 17:00-dək.
Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlara uyğun verilir.
Tibbi sığorta təminatı.
Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşulmaq imkanı.
“Meqa Sğorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.
Zəhmət olmasa mövzu bölməsində “ Aparıcı mütəxəssis ” qeyd etməklə CV-nizi hr@meqasigorta.az e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət alacaq.