Aparıcı/baş mütəxəssis
Premium Bank Müddət: 2024-12-13 - 2025-01-13
Baxış sayı: 455 Vakansiya № 1012587
Şəhər:

Bakı


İşin təsviri:

  • Beynəlxalq audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək;
  • Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək;
  • Yoxlanılan sahə üzrə ehtimal olunan riskləri müəyyənləşdirmək, işin effektivliyinin artırılması istiqamətində müvafiq təklif və tövsiyələr vermək;
  • Biznes proseslər üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizmlərinin effektivliyini təhlil etmək;
  • Yoxlanılan sahənin requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğunu qiymətləndirmək;
  • Maliyyə hesabatlarının dəqiqliyi və etibarlığını qiymətləndirmək;
  • İş prosesi ilə bağlı müvafiq hesabatlar hazırlamaq;
  • Tədbirlər planının və audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
  • Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi üzrə layihələrdə iştirak etmək.

Tələblər:

  • Ali təhsil (maliyyə/iqtisadiyyat və ya hüquq sahəsi üzrə təhsil arzu olunandır);
  • Ən azı 2 ili audit sahəsində olmaqla 3 illik bank təcrübəsi;
  • Mərkəzi Bankın qaydaları və bank fəaliyyəti ilə bağlı qanunvericilik üzrə biliklərə sahib olmaq;
  • Prosesslər üzrə riskləri, dələduzluq halları və nöqsanları müəyyən etmək qabiliyyəti;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Dil bilikləri: Azərbaycan dili biliyi mükəmməl olmalı, rus və ingilis dili bilikləri arzu olunandır;
  • Microsoft Office proqramları ilə yaxşı səviyyədə işləmə bacarığına sahib olmalıdır.
  • Qeyd olunan sahə üzrə beynəlxalq sertifikat(lar)a sahib namizədlərə üstünlük veriləcəkdir.

İş şəraiti:

  • İş saatı 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: şənbə və bazar günləri.

Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini HR@premiumbank.az elektron ünvanına  göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Daxili Audit Şöbəsində “Aparıcı/Baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur.