Auditor/Aparıcı Auditor
Yelo Bank
Müddət: 2025-01-25 - 2025-02-28

Baxış sayı: 176
Vakansiya № 1013006
Şəhər:
Bakı
İşin təsviri:
- Mövcud proseslərin qanunvericilik və Bankdaxili qaydalar əsasında təhlili və qeydiyyatının aparılması;
- Cari tariflər və qaydalar üzrə kənarlaşmaların müəyyən olunması və onların səbəblərinin araşdırılması;
- Müxtəlif istiqamətlərdə qəfləti yoxlamaların aparılması;
- Müvafiq proseslər üzrə risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
- Müvafiq proseslər üzrə tətbiq olunmuş nəzarət tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;
- Aparılmış yoxlamalara dair hesabatların hazırlanması;
- Daxili Auditorlar Institutunun və bankın etika məcəlləsinə riayət olunması;
- DAD fəaliyyətinin qaydalarına uyğun olaraq audit fəaliyyətinin həyata keçirilməsi;
- DAD əməkdaşları və zəruri olduqda Bankın digər əməkdaşları üçün müvafiq mövzularda təlimlərin həyata keçirilməsi;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi;
- DAD Əsasnaməsindən irəli gələn və bu vəzifə öhdəliklərinə zidd olmadan DAD rəhbərinin ona həvalə etmiş olduğu digər işlərin görməsi.
Tələblər:
- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Müvafiq istiqamət üzrə Azərbaycan Respublikasının qanunlarını, bankdaxili normativ sənədləri bilməli;
- Vətəndaş qüsursuzluğuna malik olmalı;
- Ali iqtisadi və ya hüquqi təhsilə malik olmalı;
- Analitik düşünmə qabiliyyəti olmalı, riyazi və məntiqi təfəkkürə malik olmalı
- MS Office proqramlarında və digər tələb olunan proqramlarda işləmə bacarığı olmalı;
- Komanda ilə işləmə qabiliyyəti olmalı;
- Ünsiyyət bacarığı olmalı;
- Yaradıcı və təşəbbüskar olmalı;
- Məsuliyyətlilik və özünütənqid qabiliyyəti olmalı;
- Yeni vəziyyətə, məlumata və çətinliklərə adaptasiya olma bacarığı və istəyi olmalı;
- Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Müraciət üçün link: Yelo Bank ASC - Auditor/Aparıcı Auditor
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları