"Baş" filialının Əməliyyat fəaliyyətinə dəstək şöbəsinin kart çatdırılması üzrə nümayəndəsi
Xalq Bank Müddət: 2025-05-08 - 2025-06-08
Baxış sayı: 108 Vakansiya № 1013856
Şəhər:

Bakı


İşin təsviri:

  • Müştərilərlə telefonla əlaqə qurulması, çatdırılma ünvanı və vaxtının dəqiqləşdirilməsi;
  • Kart çatdırılması üzrə daxil olmuş sifarişlərin təhlil olunaraq kartların ərazilər üzrə qruplaşdırılması;
  • Gündəlik çatdırılma ilə bağlı müvafiq sənədlər toplusunun hazırlanması və Bankın əməliyyat sistemində müvafiq işlərin görülməsi;
  • Müştəri üzrə eyniləşdirmə tədbirlərinin həyata keçirilməsi;
  • Kart və sənədlərin müştərilərə çatdırılması;
  • Müştəriyə çatdırılan kartın xüsusiyyətləri və Bankın mobil əlavəsi haqqında məlumatların təqdim olunması.

Tələblər:

  • Ali bakalavr təhsili;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Bu sahə üzrə iş təcrübəsinin olması arzuolunandır;
  • Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
  • Mükəmməl kommunikasiya qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompyuter bilikləri;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli.

    Müraciət et