Biznes bankçılıq departamenti/sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi
Expressbank
Müddət: 2024-12-09 - 2025-01-14
Baxış sayı: 194
Vakansiya № 1012539
Şəhər:
Bakı
İşin təsvir:
- Daxil olmuş sifarişlərə biznesin olduğu yerlərdə baxış keçirilməsi, bankın daxili prosedur və daxili normativlərinə uyğun olaraq maliyyə və biznes təhlili edilməsi;
- Təqdimat formalarının, memorandumlarının hazırlanması;
- Mövcud bazar risklərinin aydınlaşdırılması;
- Yekun kredit sifarişinin kredit komitəsinə təqdim olunması;
- Müvafiq hesabatların hazırlanması.
Tələblər:
- Maliyyə təhlili ilə bağlı yüksək bilik və bacarıqların olması;
- Riyazi və analitik düşünmə;
- Bazar və əməliyyat risklərinin müəyyən edilməsi bacarığı;
- Ofis proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
- Təqdimat bacarığı.
Əlavə tələblər:
- ACCA F3, F7 və s. sertifikatlarının olması, ofis proqramlarında yüksək bilik və bacarıqların olması arzu olunanadır.
- Mikro və ya KOB(Biznes) kreditlərində satış təcrübəsi olanlara üstünlük veriləcəkdir.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/expressbank/expressbank-biznes-bankciliq-departamentisifarislerin-tehlili-ve-strukturlasdirilmasi-sobe/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Bu şirkətin digər vakansiyaları