Biznes kreditlərinin təhlili şöbəsində baş mütəxəssis / ekspert / menecer
Rabitəbank
Müddət: 2025-04-15 - 2025-05-15

Baxış sayı: 121
Vakansiya № 1013671
Şəhər:
Bakı
İşin təsviri:
- Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş Biznes Kredit sifarişlərinin minimum sənədlər toplusuna uyğunluğunu yoxlamaq;
- Kreditin və risklərin qiymətləndirməsi üçün müştəridən tələb olunan sənədlərin satış strukturlarından almaq;
- Təqdim edilmiş maliyyə hesabatlatlarının düzgünlüyünü yoxlamaq;
- Mərkəzi Bankın və bankdaxili qaydalardan irəli gələn prosedur və normaların pozulmasına yol verməmək;
- Struktur rəhbər(lər)i tərəfindən qarşısına qoyulmuş, vəzifə təlimatından irəli gələn və digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək;
- Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş biznes kredit layihələrinin təhlili zamanı aşkarlanan nöqsan və çatışmazlıqlar barədə struktur rəhbər(lər)ini yazılı və ya şifahi məlumatlandırmaq.
Tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
- Maliyyə hesabatlarını (balans, mənfəət-zərər, nağd pulun hərəkəti) mükəmməl şəkildə bilmək;
- “ACCA F3/F7” və ya “CFA 1 level” sertifikasiyalarına sahib olması arzuolunandır;
- Biznes prosesləri və riskləri görmə bacarığı;
- Sahə üzrə ən azı 5 illik iş təcrübəsi;
- Analitik düşüncə, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyəti;
- Yüksək təhliletmə, komandada işləmək bacarığı;
- Yüksək kommunikasıya və təqdim etmə bacarığı;
- Operativ və obyektiv qərar vermək bacarığı;
- Stress altında işləmək, parallel olaraq bir neçə layihənin təhlilini həyata keçirmək bacarığı;
- Təşəbbüskarlıq, diqqətlilik, məsuliyyət və düzgünlük bacarığı.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/rabitabank/rabitabank-biznes-kreditlerinin-tehlili-sobesinde-bas-mutexessis-ekspert-menecer-180/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları