Biznes risklərinin idarə edilməsi üzrə kiçik mütəxəssis
ATS FOOD Müddət: 2024-12-13 - 2025-01-13
Baxış sayı: 255 Vakansiya № 1012588
Şəhər:

Bakı


İşin təsviri:

  • Şirkətin məruz qala biləcəyi risklərin idarə olunması üçün tədbirlər planını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Şirkətdə Risklərin idarə edilməsi sisteminin və nəzarət mühitinin formalaşdırılması istiqamətində işləri həyata keçirmək;
  • Biznes proseslərin davamlı olaraq təkmilləşdirilməsi məqsədi ilə mütəmadi olaraq biznes prosesləri təhlil etmək;                                                         
  • Şirkətin fəaliyyəti ilə bağlı normativ-tənzimləyici sənədlərin – siyasət, qayda, təlimatların və biznes proseslər üzrə xəritələrin müvafiq struktur bölmələrin iştirakı ilə hazırlanması və ya müvafiq struktur bölmələr tərəfindən bu növ sənədlərin hazırlanmasını təşkil etmək
  • Şirkətdə baş vermiş proseslər və aparılan işləri təhlil edib müvafiq normativ sənədlərin hazırlanması;
  • Risk reyestrin hazırlanması, yeni aşkarlanan risklərin qeydiyyatının aparılması, qiymətləndirilməsi və reyestrin mütəmadi yenilənməsi.                                                                                                                    

Tələblər:

  • Risklərin idarə edilməsi üzrə nəzəri biliklər
  • Ali təhsil (Maliyyə, audit, iqtisadiyyat, risklərin idarə edilməsi üzrə)
  • Biznes proseslər üzrə nəzəri biliklər                                                                                  
  • İş təcrübəsi arzuolunandır   
  • MS Excel (əla), MS Powerpoint (yaxşı), MS Word (əla), MS Visio (yaxşı) üzrə işləmə təcrübəsi
  • Azərbaycan (Əla), İnglis (Yaxşı)                                                                                                                                                                                                              

İş qrafiki:

  • 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: 500-600 AZN Net

İş yeri: Sumqayıt şəhəri

Üstünlüklərimiz:

  • Rəsmi əmək haqqı
  • Nahar ilə təmin edilmə
  • Servis təminatı
  • Könüllü tibbi sığorta
  • Korporativ nömrə və danışıq limiti
  • Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Biznes risklərinin idarə edilməsi üzrə kiçik mütəxəssis” başlığı ilə hr@atsfood.az elektron poçt ünvanına göndərə bilərlər