Biznesə nəzarət üzrə aparıcı mütəxəssis
Araz Supermarket
Müddət: 2024-09-09 - 2024-10-09
Baxış sayı: 338
Vakansiya № 1012369
Şəhər:
Bakı
"Araz" Supermarket Şəbəkələri "Biznesə nəzarət üzrə aparıcı mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir!
Tələblər:
- Ali ixtisas;
- Aparıcı mütəxəssis olaraq 2 il İngilis dilində beynəlxalq sertifikatın olması üstünlükdür;
- Excellə yüksək səviyyədə işləməyi bacarmalıdır;
- Power BI ilə işləmə bacarığı olmalıdır;
- Komanda ilə işləməyi bacarmalıdır;
- Ünsiyyətqurma qabiliyyətli, nəticəyönümlü olmalıdır;
- Namizədin analitik düşüncə tərzi olmaldır;
Vəzifə öhdəlikləri:
- Biznes üzrə maliyyə planlaması, proqnozlaşdırma, hesabat və təhlillərin aparılması;
- Xüsusilə satışlar, xərclər və mənfəət marjası kimi maliyyə göstəriciləri ilə bağlı əsas fəaliyyət göstəricilərinin (KPI) trendlərinin təhlil edilməsi;
- Satışların, əməliyyat xərclərinin təhlili (variance təhlilləri) daxil olmaqla idarəetmə hesabatlarının, dəqiq və vaxtında hazırlanması;
- Aylıq və illik olaraq maliyyə proqnozlarının (Cash Flow & PnL) hazırlanması;
- "Ad-hoc" biznes performans hesabatlarının hazırlanması və biznes ilə təhlil edilməsi;
- Biznes analitikası vasitələrindən (Power BI & Excel) istifadə edərək hesabatların avtomatlaşdırılması və vizuallaşdırılması;
- Strateji hədəflərin bəlirlənməsi üçün maliyyə modellərinin hazırlanması və təhlil edilməsi;
- Biznesə uyğun olaraq segment üzrə PnL (Mənfəət-zərər) hesabatının hazırlanması və təhlillərin aparılması;
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Biznesə nəzarət üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
Bu şirkətin digər vakansiyaları